Skip to content Skip to footer

THOMAS BERNHARD – Sarsıntı

Additional information

Category: Product ID: 20776

Description

“Sarsıntı”, Thomas Bernhardın yazıçı kimi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınmasına səbəb olan ilk romanlarından biridir. Əvvəlcə 1967-ci ildə alman dilində nəşr olunan bu çılğın və nihilist hesab edilən kaleydoskopik əsər əslində, insan təbiətinin sürreal tədqiqatıdır.
Əsərin süjeti belədir: Bir səhər Həkim, idealist və rasional düşüncə sahibi olan olan oğlunu Avstriyanın sərt dağlıq çöllərində gündəlik gəzintiyə aparır. Onlar rastlaşdıqları kənd qroteskləri – fiziki səfalət, dəlilik və sərt mənzərənin vəhşiliyi ilə mübarizə aparırlar. Ancaq yuxusuzluqdan əziyyət çəkən Şahzadə Saurau ilə Hochgobernitzdəki qalasında görüşdükdə, onun tənha, stasionar həyatı romanın qalan hissəsini öz təsiri altına alır. Bu, ekssentrik, paranoyak bir insanın yüz səhifəlik monoloqu, klassik Bernhard üslubunun amansız axan sözlər kaskadıdır. Təsvir, üslub və mövzuları ilə “Sarsıntı” vahiməli və oxucu marağını sürükləyən bir əsərdir. Bernhard Kafka və Bekket üslubunu davam etdirən ağlasığmaz dağıntı mənzərələrini yaratmaq və tam zülmətdən bir ümid qığılcımı tapmaq bacarığı ilə bu böyük klassiklələ eyni sırada dayanmağı bacarır.

THOMAS BERNHARD – Sarsıntı