Description
Sulvay Ballenin “Həcmin hesablanması” romanı qısa desək, antik kitab alveri ilə məşğul olan Tara və əri Tomas haqqındadır.
İşlə bağlı bir səfərdən sonra Tara 18 noyabrda qalıb, əri isə (eləcə də digərləri) yalnız bir gün öncəni yaşayır. Tara üçün hər gün 18 noyabrdır, bu barədə qadın ərinə danışır, ondan yardım, izahat istəyir, amma bu, tezliklə məşəqqətli bir işə çevrilir. Roman “spekulyativ bədii ədəbiyyat” janrına aid edilir. Romanın janrında diqqətçəkən məqam fövqəltəbii zaman ölçüsüdür. Bu zaman ölçüsü həm Tara, həm romandakı digər xarakterlər, həm də oxucunun özü üçün qırılmalar, sınmalar yaradır.
Bütün roman Taranın dilindən nəql edilir və heç şübhəsiz, bu məqam spekulyativ janrda yazılan romanın əsas gücüdür. Çünki adam bir oxucu olaraq hər zaman şübhə içində qalır: Taranı necə biri hesab etmək, qəbul etmək lazımdır? Bəs oxucunun özünün romana yanaşması necə olmalıdır?
Romanda inadla bildirilir ki, Taranın ağlı başındadır, nə paralel dünyalardan, nə zaman axının qarışmasından, nə hallüsinasiyalardan, nə də yaddaş pozğunluğundan söhbət belə getmir. Bunun əvəzində hadisələrin gerçək həyatda baş verə bilmə imkanlarından bəhs edilir: Biz baxıb başa düşməliyik ki, dünyanın daimiliyi haqqındakı gözləntilərimiz qeyri-əmin özül üzərində qurulub. Sulvay Balle “Həcmin hesablanması” kitabının II hissəsi ilə azərbaycanlı oxucularla yenidən görüşə gəlir.