Description
Rünoske Akutqava (1892-1927) Yapon qısa hekayəsinin atası hesab olunur. Onun yaradıcılığı həm klassik, həm də müasir elementləri birləşdirərək Yapon ədəbiyyatına yeni nəfəs gətirmişdir.
“Raşomon” və “Meşədə” kimi hekayələri, xüsusilə Akira Kurosavanın “Raşomon” filminə təsir edərək bütün dünyada şöhrət qazanıb.
35 yaşında yüksək dozada yuxu dərmanı içərək intihar edən Akutqavanın qısa, lakin zəngin həyatı onun Yapon ədəbiyyatında əbədi yerini təmin edib. Onun adı ilə adlandırılan Akutqava Mükafatı, müasir Yapon yazıçıları üçün ən prestijli ədəbi mükafatdır.