Description
İş həyatında uğur qazanmış Bak Minu ömür yolunun qürub çağında dayanaraq keçən günlərinə nəzər yetirir.
Artıq dəyişməyə və ya xəyal etməyə bir şey qalmadığı o anda həyatına “Pişikquyruğu” daxil olur. O kiçik toxumlar onu uşaqlıq illərinə apararaq yoxsul dağ məhəlləsi, ilk sevgisi ilə bağlı xatirələrini canlandırır. Bu xatirələrin canlanmasında əvəzsiz rol oynayan gənc rejissor Conq Uhidir.
O, yarızirzəmi otaqda kirayə qalaraq gündüzlər sevdiyi iş olan teatrda işləyir, gecələr isə marketdə çalışaraq dolanışığını təmin edir. O, yaşadığı çətin həyatdan xilas olmağı xəyal etsə də, hələ ki, bu mümkün, olmur.
Onun kimi gəncliyini yaşamaq uğrunda mübarizəyə həsr edən “Qara Köynəkli” isə həyatdan usanaraq ən son çıxış yoluna əl atır.