Description
Flamand ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Hendrik Konşensin “Flamand Şiri” əsəri XIX əsr Avropa ədəbiyyatında ən önəmli hadisələrdən hesab edilir.
Kitabdakı əsas hadisələr XIII-XIV əsrlərdə baş vermiş flamand-fransız müharibələrinə həsr edilib. 1302-ci ildə baş tutmuş qanlı Kortre savaşında flamandların özlərindən qat-qat güclü olan qəsbkar fransızlara qarşı apardıqları cəsarətli mübarizəsindən bəhs edilir. Hendrik Konşensin “Flamand Şiri” romanı “flamandların milli epik hadisəsi” adlandırılır və flamand ədəbiyyatının onurğa sütunu hesab edilir.
Kitab əsasında bir neçə film, serial çəkilmiş və tamaşalar səhnələşdirilmişdir. Kitab Hendrik Konşensin azərbaycanlı oxucularla ilk görüşüdür.