Skip to content Skip to footer
-17%

Hendrik Konşens – Flamand həyatından hekayələr

Original price was: ₼12.00.Current price is: ₼10.00.

Additional information

Category: Product ID: 21018

Description

Dünya şöhrətli yazıçı Hendrik Konşens (1812-1883) flamand dilində yazan belçikalı yazıçıların ustadı hesab edilir və oxuculara daha çox “Flamand şiri” əsəri ilə tanışdır.

Kitabda yazıçının “Çağırışçı”, “Ev sahibi Qansendonk”, “Kor Roza” və “Kasıb zadəgan” hekayələri toplanıb. Hekayələrin yazıldığı dövrdə Belçikada fransız ağalığı hökm sürürdü və fransızca zadəganların, yuxarı təbəqəyə məxsus insanların dili hesab edilirdi. Kitabda Belçikanın XIX əsrə aid kənd həyatı, insanların məşğuliyyəti, Avropada həmin dövrdə baş verən keşməkeşli hadisələr, sosial bərabərsizlik, romantik, sədaqətli və qeyri-adi sevgi macəraları böyük ustalıqla qələmə alınmışdır.

Bəlkə də, heç bir ədib öz əsərlərində Konşens qədər Avropanın bu dövrünü təbii şəkildə təsvir etməmişdir.

Hendrik Konşens – Flamand həyatından hekayələr
Original price was: ₼12.00.10.00Current price is: ₼10.00.