Skip to content Skip to footer
-25%

Gürcü nəsrindən yarpaqlar

Original price was: ₼16.00.Current price is: ₼12.00.

Additional information

Category: Product ID: 20892

Description

Publisist, tədqiqatçı, şair və tərcüməçi Mirzə Məmmədoğlunun Azərbaycan və gürcü dillərindən qarşılıqlı tərcümələri onun yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edir. Gürcü dilini mükəmməl bilməsi və Zezva Medulaşvili, Aleko Çxaidze, Naro Kolxeli kimi peşəkar tərcüməçilərlə yaxın dostluğu və əməkdaşlığı tərcüməçilik sahəsində uğurlu nəticələr qazanmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, o, məşhur gürcü tədqiqatçısı Konstantine Pağavanın “Mirzə Fətəli Axundov” və “Nizami”, akademik Elizbar Cavelidzenin “Füzuli” və “Ruhi Bağdadi” kimi dəyərli monoqrafiyalarını dilimizə çevirib, oxuculara çatdırıb. “Mirzə Fətəli Axunzadə və Gürcüstan”, “Molla Pənah Vaqif və Gürcüstan” kimi nəşrlər də onun yorulmaz fəaliyyəti nəticəsində işıq üzü görüb.

Mirzə Məmmədoğlunun “Gürcü hekayələri” adlı bu toplusu, demək olar, qardaş xalqın zəngin ədəbiyyatının son yüz ilini əhatə edir. David Kldiaşvilidən Zaur Kalandiya və Naro Kolxeliyəcən bütöv bir ədəbi nəslin yaradıcılığından nümunələri bir kitabda toplayıb oxuculara təqdim etmək böyük zəhmət tələb edir. Mirzə Məmmədoğlu da bu zəhmətdən qorxmayıb. İnanırıq ki, bu dəyərli toplu oxucular tərəfindən maraqla qarşılanacaq, Azərbaycan və gürcü xalqlarının mənəvi yaxınlığına daha bir töhfə kimi qəbul olunacaq.

Gürcü nəsrindən yarpaqlar
Original price was: ₼16.00.12.00Current price is: ₼12.00.