Description
Sloveniyalı yazar Evald Flisarın Alatoran Yayınlarında çıxan “Sehrbazın şagirdi”, “Atamın yuxuları” və “Pəncərədən bax” romanlarını oxuyub bəyənmisinizsə, onun son – “Krallığım can verir” romanının da ana dilimizə çevrilmiş olması sizin üçün sevindirici olacaq.
Romanda baş qəhrəman, uğur qazanmış yazıçı, əhvalı pəjmürdə olanda İsveçrənin Berqhof klinikasına sığınır. Burada o, Martin Amis, Qrem Qrin, Saul Bellodan tutmuş J.M.Coetzeeyə qədər dünya ədəbiyyatından tanıdığınız bir çox insanla bir araya gəlir.
“Krallığım can verir” – yalnız etiraf, detektiv hekayəsi, triller, xatirələr, uydurma bioqrafiyalar və digərlərindən ibarət bir hibrid deyil. Eyni zamanda hekayənin özünə orqanik olaraq hörülmüş olan proza və meta-proza, ədəbiyyat və meta-ədəbiyyat refleksiyanın bənzərsiz bir kombinasiyasını da əhatə edir. Bu dəfə də yazının təməlində açıq bir polifoniya, reallıqla bəşəriyyətin bütün intellektual-tarixi ehtiyatı da daxil olmaqla, çoxqatlı kommunikasiyaya açıqlıq dayanır. Beləcə, diqqətli bir oxuma krallığın qapısının çölündə, səssizliyin danışdığı və sözlərin susduğu bir yerdə, hekayə daxilindəki hekayə öz doğruluğu üçün mübarizə aparır. Gerçəklik yalnız təxəyyülün nəhəng qüvvəsinin şərhlərindən biridir.
Əgər insan həyatın qırmızı xəttini axtarmaqla çox məşğuldursa, həyatın özü və ya heç olmasa yaxşı bir hissəsi üçün darıxması baş verə bilər. Roman səndən, hər birimizdən bəhs edir.