Description
Erika Fatland “Sərhəd” adlı yol qeydlərində Sovetlərin dağılmasından sonra ona bağlı ölkələrin indiki durumunu müqayisəli bir şəkildə təsvir edir.
Bundan əvvəl Alatoran Yayınlarında işıq üzü görən “Sovetistan” əsərinin müəllifə qazandırdığı şöhrətdən sonra o, özünün araşdırma arealını genişləndirmiş, Şimali Koreya, Çin, Monqolustan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Norveç, üstəgəl şimal qütb dairəsindən keçməklə Rusiya ətrafında səyahət edərək özünün müqayisəli analizini pik həddə çatdırmış və son dərəcə maraqlı, oxunaqlı bir əsərlə oxucuların qarşısına çıxmışdır.
Kitab yazıldığı iki il ərzində düntanın on altı dilinə tərcümə olunmuşdur.