Skip to content Skip to footer

AVSTRİYALI YAZAR, ARAŞDIRMAÇI VƏ PUBLİSİST

Stefan Sveyq

Həyatı

1881-ci ildə Vyanada doğulub, atası yəhudi əsilli varlı bir fabrikant olub. Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ı, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İlgiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin asərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir.

İntiharı

22 fevral 1942-ci ildə Rio de Janeyroda Petropolisin evində həyat yoldaşı Lotte ilə yatarkən intihar etdi. Bu, Hitlerin dünya quruluşunun davamlı təfsirinin və onun dünyasının heç bir zaman mövcud olmayacağı fikri ilə bağlı pessimizmdən qaynaqlanırdı.

Petropolisdəki bir dövlət cənazəsi ilə dəfn edildi. Petropolisdəki evi muzeyə çevrildi.

İntihar Məktubu

«Azad iradəm və açıq bir şüurla bu həyatdan ayrılarkən, son bir məsuliyyət yerinə yetirilməyi gözləyir: Mənə və işimi yerinə yetirməyimə dinc bir mühit bəxş edən ecazkar ölkə Braziliyaya səmimi təşəkkürümü bildirmək istəyirəm. Hər yeni günlə bu ölkə daha çox sevməyi öyrəndim, ruhi ana vətənim Avropa özünü yox etdikdən və ana dilimin dünyası yox olduqdan sonra dünyanın heç bir yerində həyatımı bu qədər sevə-sevə yenidən qura bilməzdim.

Amma altmış yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bu səbəblə həyatımı doğru zamanda və doğru bir şəkildə başa vurmağımın yaxşı olacağına inanıram.

Həyatım boyu mənəvi məşğuliyyətim, ən böyük həzz mənbəyim və şəxsi azadlığım ən uca dəyərim oldu. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızılllığını görmək nəsib olsun! Mən, həmişəki səbirsizliyimlə öndən gedirəm».

Stefan Sveyq

Biography

Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881, Vyana – 22 fevral 1942) — avstriyalı yazar, araşdırmaçı və publisist.

Contact Form