Skip to content Skip to sidebar Skip to footer

Bakıda Koreya Ədəbiyyatı üzrə ədəbi icmal müsabiqəsi keçirildi

Azərbaycan Dillər Universitetinin təşkilatçılığı və Koreya Ədəbiyyatı Tərcümə İnstitutunun dəstəyi ilə Koreya Ədəbiyyatı üzrə ədəbi icmal müsabiqəsi keçirilib.

2025-ci il İyul ayından Oktyabr ayına qədər davam edən müsabiqənin mükafatlandırılma mərasimi 23 oktyabr 2025-ci il ADU-nun Koreya Araşdırmalar Mərkəzində baş tutub.

Müsabiqə iştirakçıları ADU-nun Koreya dili müəllimləri tərəfindən Koreya dilindən Azərbaycan dilinə tərcümə olunmuş 5 əsər haqqında ədəbi icmal (review) yazaraq I, II, III IV yerlər üzrə yarışmışlar. Yazılar münsiflər heyəti – ADU-nun müəllimləri Zaur Abışov, Ülviyyə Mirzəyeva, Könül Kamilzadə və Günel Abasova tərəfindən orijinallıq, məntiqi ardıcıllıq və əsərlə uyğunluq meyarları əsasında qiymətləndirilib.

50-dən çox iştirakçı arasında ADU-nun Koreya dili üzrə təhsil alan tələbələri də uğurla çıxış ediblər. Nəticələrə əsasən:

Nigar Adgözəlova (Koreya dili, IV kurs) – I yer

Simuzər Qədirli (Koreya dili, III kurs) və Muhammed Musa (Koreya dili, IV kurs) – III yer

Turanə Cəfərova (Koreya dili, 2022-ci il məzunu) – IV yer

Bundan əlavə, müxtəlif yerlərdən iştirak edən gənclər arasında da fərqlənənlər olmuşdur:

Vəfa Məmmədova (Zaqatala r-nu Gözbarax kənd tam orta məktəbi, Coğrafiya müəllimi) – I yer

Türkan Qasımova (Bravo supermarket) və Aydan Həsənova (ƏƏSMN Dövlət Əmək Müfəttişliyi Xidməti)– II yer

Aytac Hacıyeva (Varagi Turizm şirkəti) – IV yer

Qaliblər pul mükafatı və sertifikatla təltif olunub, digər iştirakçılara isə xatirə hədiyyələri təqdim olunub.

Tədbirdə ADU-nun rektor müşaviri Anar Osmanlının açılış nitqi ilə başlamış, daha sonra müsabiqənin koordinatoru Bahar Əliyevanın “Koreya Ədəbiyyatına baxış” adlı məruzəsi ilə davam edib.

Həmçinin tədbirdə Tərcümə fakültəsinin dekanı prof. Bənövşə Məmmədova, eləcə də Cənubi Koreyanın Azərbaycandakı Səfirliyinin 3-cü katibi Ms. Choi Minhee iştirak edib.

Tədbir çərçivəsində həmçinin may ayında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilmiş şifahi tərcümə və esse müsabiqəsində fərqlənmiş tələbələr də diplomlarla təltif edilmişdir. Tamaşa Əliyeva, Cəmalə Məmmədova, Fatimə Hüseynzadə “Ən yaxşı tərcüməçi” nominasiyası, Aqşin Məmmədov isə “Ən yaxşı esse” nominasiyasına layiq görülüb.

Paylaşın: